AUT.AZ

Atsu xilas edilməyib? – Müəmmalı vəziyyət

“Hatayspor”un futbolçusu Kristian Atsunun dağıntılar altından sağ çıxarılması barədə yayılan məlumat təkzib edilib.

Aut.az xəbər verir ki, klub həkimi Gürbey Kahveçi və baş məşqçi Volkan Dəmirəl bu barədə açıqlama veriblər. Kahveçi bildirib ki, onlara oyunçunun “Dördyol” xəstəxanasına aparıldığı deyilib. Lakin onlar gedib xəstəxanaya baxdıqlarında, futbolçunu tapmayıblar.

Qananın Türkiyədəki rəsmi səfiri Fransiska Aşitey-Odunton da Atsudam heç bir xəbər ala bilmədiklərini söyləyib.

Qeyd edək ki, dünən klubun mətbuat katibi Mustafa Özat və vitse-prezidenti oyunçunun xilas edildiyini bildirib. Böyük ehtimalla, onlara da yanlış məlumat verilib.

Exit mobile version