AUT.AZ

“Araz Naxçıvan”dan növbəti transfer – RƏSMİ

Birinci Divizionun lideri “Araz Naxçıvan” növbəti transferini reallaşdırıb.

Aut.Az xəbər verir ki, muxtar respublika təmsilçisi Emin Məcidzadəni sıralarına qatıb.

 

O, “Sabah” klubundan icarəyə götürülüb. Gənc hücumçu bu mövsümün sonuna kimi “Araz Naxçıvan”da çıxış edəcək.

Qeyd edək ki, Naxçıvan klubu bundan əvvəl “Neftçi”nin sabiq yarımmüdafiəçisi Fəhmin Muradbəylini və Gürcüstanın “Spaeri” komandasından müdafiəçi Nika Baçaliaşvilinin keçidini açıqlayıb.

Exit mobile version