AUT.AZ

Xərcləri azaltmağın yolu: Onlarla vidalaşırlar

“Yuventus” xərcləri azaltmaq üçün yayda 5 futbolçusu ilə yollarını ayırmaq niyyətindədir.

Aut.az “La Gazzetta dello Sport”a istinadla xəbər verir ki, xalların silinməsindən sonra “Yuventus”un növbəti mövsüm Çempionlar Liqasına düşməyəcəyi ehtimalı yüksəkdir. Nəticədə yaranan gəlir itkisi səbəbindən klub oyunçu xərclərini azaltmalı olacaq.

İtaliya klubu Adrien Rabiot, Aleks Sandro, Xuan Kaudrado, Leandro Paredes və Anxel Di Maria ilə müqaviləni yeniləməyəcək. Bunun hesabına “Yuventus”, təxminən 70 milyon avro maaşa qənaət edəcək.

Bütün bu futbolçuların “Yuventus”la müqavilələri 2023-cü ilin yayına kimi hesablanıb.

Exit mobile version