AUT.AZ

Türkiyədəki idmançılarımız Bakıya nə vaxt qayıdacaq?

Türkiyənin İstanbul şəhərində olan Azərbaycan millisinin taekvondoçuları yaxın zamanda Bakıya qayıdacaq.

Bu barədə Aut.az-a Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətinin rəhbəri Sənan Məhhərəmov məlumat verib. Qurum rəsmisi bildirilib ki, Türkiyənin açıq çempionatı və Prezident kuboku bu ölkənin Gənclər və İdman Nazirliyinin məlum hadisələrlə bağlı qərarı ilə ləğv edildiyi üçün idmançılarımız geri dönəcəklər.

Azərbaycan yığması fevralın 4-də qardaş ölkədə start götürən Prezident Kubokunda mübarizə aparırdı. Ancaq güclü zəlzələ səbəbindən yarış yarımçıq dayandırılıb. Türkiyənin açıq çempionatı isə fevralın 10-da start götürəcəkdi.

10 gün ərzində 2 yarışda iştirak etməyi planlaşdıran milli komandamız Türkiyəyə geniş heyətlə yollanıb. Federasiyanın vitse-prezidenti Niyaməddin Paşayevin rəhbərlik etdiyi nümayəndə heyətində məşqçi və texniki heyətlə yanaşı, 16 idmançı, 5 hakim və bir neçə federasiyası rəsmisi də var.

Qeyd edək ki, Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar bütün daxili və beynəlxaq idman tədbirləri təxirə salınıb.

Exit mobile version