AUT.AZ

ŞOK! Messiyə İngiltərədə işçi vizası verməyiblər

“Arsenal”ın sabiq skautu Frensis Kadjiqao vaxtilə Lionel Messi və Jerar Pikeni transfer etməyi tövsiyə edibmiş.

Aut.az xəbər verir ki, amma müəyyən problemlər üzündən bu transferləri reallaşdırmaq mümkün olmayıb. O, məsələ ilə bağlı suallara belə cavab verib:

– Messi “Barselona”nın akademiyasında olanda onun transferini tövsiyə etdiyiniz doğrudurmu?

– Bəli. Həm də Pikeni tövsiyə etmişdim. O, həmin vaxt bazamızı da ziyarət etmişdi.

– Niyə alınmadı?

– Messiyə İngiltərədə işçi vizası ala bilmədilər. Həmin vaxt onu təmsil edən Orasio Qacoli ilə bir neçə görüş keçirdim, lakin bu, mümkün olmadı.

Pikenin transferi mürəkkəb bürokratik problem üzündən baş tutmayıb. Biz “Barsa” akademiyasının o böyük nəslindən Sesk  Fabreqas ilə müqavilə imzaladıq.

 

Exit mobile version