AUT.AZ

“Qarabağ”ın rəqibindən Türkiyəyə möhtəşəm dəstək – FOTOLAR

“Qarabağ”ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi “Gent” Türkiyədə baş vermiş zəlzələ ilə bağlı dəstək olub.

Aut.az xəbər verir ki, klubun stadionu “Qelamko Arena” Türkiyə bayrağının rənglərinə boyanıb. Eyn zamanda, Belçika təmsilçisi rəsmi hesabları və saytı vasitəsilə başsağlı mesajları da verib.

Qeyd edək ki, “Qarabağ”la “Gent” arasında ilk oyun fevralın 16-da Bakıda, cavab qarşılaşması isə 23-də Gentdə baş tutacaq.

Exit mobile version