AUT.AZ

Qara Qarayevdən Türkiyə ilə bağlı çağırış

“Qarabağ”ın futbolçusu Qara Qarayev Türkiyədə baş verən zəlzələdə həyatını itirənlərin yaxınlarına başsağlığı verib.

Aut.az xəbər verir ki, instaqram hesabında paylaşım edən yarımmüdafiəçi evlərini itirmiş minlərlə insana yardım etmək istəyənlərə müraciət edib.

“Türkiyədə baş vermiş zəlzələ zamanı həyatını itirənlərə Allahdan rəhmət, yaralılara isə şəfa diləyirəm. Bu çətin, soyuq, şaxtalı günlərdə evlərini itirmiş minlərlə insanlara yardım etmək istəyənlər ianə edə bilərlər. Gücümüz və dualarımızla səninləyik, Türkiyə!”

Türkiyədə dünən səhər saatlarında bir neçə bölgədə zəlzələ baş verib. Fəlakət nəticəsində 2 min 379 insan ölüb, 14 min 483 nəfər isə yaralanıb.

Exit mobile version