AUT.AZ

“Qalatasaray” onu razı sala bilmədi

Türkiyədə transfer pəncərəsi fevralın 9-da bağlanacağından, klublar heyətlərinə yeni futbolçu qatmaq istiqamətində fəaliyyətlərini davam etdirirlər.

Aut.az xəbər verir ki, bu sarıdan ən aktiv klub “Qalatasaray”dır. “Sarı-qırmızılar” “Aston Villa”nın yarımmüdafiəçisi Filippe Koutinyonu transfer etməyə çalışıb. Ancaq brazliyalı futbolçunun “cimbom”a keçidi baş tutmayıb.

İstanbul təmsilçisi 30 yaşlı “sambaçı”nı icarəyə götürmək istəyib. Lakin karyerasını İngiltərə Premyer Liqasında davam etdirmək istəyən Koutinyo Türkiyə təmsilçisinə “yox” deyib.

Qeyd edək ki, Koutinyo 2022-ci ilin yanvarından “Aston Villa”nın formasını geyinir.

Exit mobile version