AUT.AZ

Polis prezidentin evinə basqın etdi

Almaniyanın “Ayntraxt” klubunun prezidenti həbs olunub.

Aut.Az xəbər verir ki, Frankfurt təmsilçisinin rəhbəri Peter Fişer həyat yoldaşı və oğlu ilə birlikdə kokain saxlama və istifadə ittihamı ilə üzləşib.

 

Fişer ailəsini 13 yaşlı oğlunun sinif yoldaşının valideynləri ələ verib. Belə ki, 13 yaşlı oğul-Fişer sinif yoldaşına kokain verib. Uşağın anası övladının davranışında dəyişiklik olduğunu görüb və polisə məlumat verib. Bundan sonra polis xüsusi təlim keçmiş narkotik axtarışı iti ilə Fişerin evinə basqın edib.

66 yaşlı klub prezidentinin mənzilində aparılan axtarış zamanı onun çarpayısının yanında kokain qalıqları tapdılar.

Exit mobile version