AUT.AZ

Olimpiya çempionunun hər iki ayağını kəsdilər – Əllərini…

Fiqurlu konkisürmə üzrə Olimpiya çempionu Roman Kostomarovun hər iki ayağı amputasiya edilib.

Aut.az TASS agentliyinə istinadla xəbər verir ki, həkimlər toxuma nekrozunu dayandırmaq üçün amputasiya etmək qərarına gəliblər.

“Təəssüf ki, hər iki ayağı amputasiya etmək məcburiyyətində qaldı. Əməliyyat insidentsiz keçdi, ümumiyyətlə, bədən bərpa olunur. İndi əllər üçün mübarizə gedir”, – mənbə bildirib.

Yanvarın ortalarında 45 yaşlı idmançı kəskin halsızlıq hiss edib, sinəsində şiddətli ağrılar başlayıb. Kostomarov sətəlcəm diaqnozu ilə xəstəxanaya yerləşdirilib, COVID üçün test mənfi nəticə göstərib.

Olimpiya çempionu yanvarın 7-də “Rusiya” konsert salonunda şouda görünüb. Həmin vaxt onun səhhəti qaydasında olub.

“Championat.ru” nəşri yazıb ki, yanvarın 8-də baş tutan digər şou çox güman ki, Kostomarovun vəziyyətinə təsir edib. “Averbux” truppası Moskva yaxınlığında Kolomna, Zaraysk və Kaşirada açıq havada üç tamaşa nümayiş etdirib. Həmin gün havanın temperaturu mənfi 20-25 dərəcə ətrafında dəyişib.

Exit mobile version