AUT.AZ

Mançinidən Türkiyə paylaşımı – FOTO

İtaliya millisinin baş məşqçisi Roberto Mançini zəlzələ fəlakəti ilə bağlı Türkiyəyə dəstək nümayiş etdirib. 

Aut.Az xəbər verir ki, italiyalı mütəxəssis bu barədə sosial şəbəkə hesabı üzərindən paylaşım edib.

 


Qeyd edək ki,  fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 maqnitudalı, saat 13:24-də isə Elbistan rayonunda 7,6 maqnitudalı iki zəlzələ qeydə alınıb. Bundan başqa saat 4:26-da, Qaziantepin Nurdağı rayonunda 6,4, saat 4:36-da isə Qaziantepin İslahiye rayonunda 6,5 maqnitudalı təkanlar baş verib. Zəlzələ Kahramanmaraş, Hatay, Osmaniyə, Adıyaman, Qaziantep, Şanlıurfa, Diyarbakır, Malatya və Adana başda olmaqla ətraf ərazilərdə, o cümlədən Ankarada da hiss edilib.

Nəticədə 3 549 nəfər ölüb, 22 168 nəfər yaralanıb. 5 775 bina dağılıb.

Exit mobile version