“Sivasspor”un baş məşqçisi Rıza Çalımbay Türkiyədə baş verən zəlzələlər səbəbindən köməkçisi Ayxan Tenbeloğlunun 15 yaxınını itirdiyini bildirib.
Aut.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, cərəyan edən hadisələri çox üzücü adlandırıb:
“Bu, çox üzücü hadisədir. Hazırda Sivasdayıq. Hamı şokdadır. Sübh tezdən keçmiş köməkçim, hazırda “Hatayspor”da çalışan Cengiz Xocaya zəng etdim. Oradakı vəziyyəti öyrəndim. Onun 15 yaxını vəfat edib”.
Fevralın 6-da Türkiyənin cənubundakı Kahramanmaraş ərazisində 7,7 bal gücündə silsiləli zəlzələlər qeydə alınıb.