AUT.AZ

İddia edir: Messi ilə müqaviləni uzatmaq axmaqlıqdır

PSJ-in və Fransa millisinin sabiq futbolçusu Jerom Roten Lionel Messi ilə müqavilənin yenilənməsi ideyasını dəstəkləmədiyini bildirib.

Aut.az “Le10sport”a istinadən xəbər verir ki, Roten Messinin PSJ-in uğur qazanması üçün bütün qüvvəsini sərf etməməkdə günahlandırıb:

“Mənə elə gəlir ki, Messi ilə müqavilənin uzadılması axmaqlıqdır. Başa düşmürəm ki, niyə onunla müqaviləni yeniləməliyik, xüsusən imic baxımından.

O, klubu irəli aparmaq, azarkeşlərə təşəkkür etmək üçün heç bir səy göstərmir. Heç vaxt gözəl jestlər etmir, daha çox qüvvə sərf etmək istəmir”.

Exit mobile version