AUT.AZ

Gürcü müdafiəçi “Araz Naxçıvan”da

I Divizionda mübarizə aparan “Araz Naxçıvan” heyətini yeni futbolçu ilə gücləndirib.

Aut.az xəbər verir ki, Muxtar Respublika təmsilçisi Nika Baçaliaşvilini transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Gürcü futbolçu ilə mövsümün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Nika Baçaliaşvili daha əvvəl “Qələbə” və “Kəpəz”dən çıxış edib. 20 yaşlı müdafiəçinin son klubu Gürcüstanda “Spaeri” olub. Nika Azərbaycanın U-17, U-19 və U-20 millilərinin sabiq üzvüdür.

Exit mobile version