AUT.AZ

Gedir? – Rəhbərlik arasında çaxnaşma: o vaxt demişdi ki…

Pep Qvardiolanın “Mançester Siti”dən gedəcəyi ilə bağlı xəbərlər yayılıb.

Fevralın 6-da Dünən Premyer Liqa “Mançester Siti”ni 2009/10 – 2017/18 mövsümü arasında 100-dən çox maliyyə pozuntusunda ittiham edib.

Aut.az xəbər verir ki, bundan sonra çoxları Qvardiolanın 2020-ci ilin mayında dediyi sözləri xatırladıb. 2020-ci ildə də “Siti”  maliyyə feyr-pleyini pozmaqda ittiham olunurdu. Həmin vaxt Pep belə demişdi:

“Rəhbərliyə dedim ki, mənə yalan danışırsınızsa, o zaman səhəri gün klubda olmayacağam. Mən ayrılacağam və daha sizi dost hesab etməyəcəm. Amma mən “Mançester Siti”dəki ilk gündən onlara 100 faiz inanıram. Ona görə də klubu müdafiə etməyə hazıram. Mətbuat konfransında dediyim hər sözə inanıram, kimsə mənə inanmasa belə”.

İndi isə vəziyyət dəyişib və “Siti”nin qaydaları pozduğunu sübut edən ciddi ittihamlar var. Ona görə də, klub rəhbərliyi təşvişdədir. Onlar hesab edirlər ki, əgər kluba qarşı sanksiyalar tətbiq edilsə, onda Qvardiola “Mançester Siti”ni dərhal tərk edəcək.

Exit mobile version