AUT.AZ

Dağıntılar altında qalan qapıçının xanımı ağlayaraq kömək istədi – Video

Türkiyədəki zəlzələnin üstündən bir gündən artıq keçməsinə baxmayaraq, dağıntılar altında qalanlar var.

Aut.az xəbər verir ki, onlar arasında “Yeni Malatyaspor”un qapıçısı Ahmed Eyup Türkaslan da var. Həyat yoldaşı Kübra xilas edilsə də, 28 yaşlı əlcək sahibindən hələ də xəbər yoxdur.

Vəziyyətlə barışa bilməyən xanımı video çəkərək insanları köməyə çağırıb. Hönkür-hönkür ağlayan Kübra Türkaslan “Eyup 30 saatdır dağıntılar altındadır, kömək edin. Nə tutacaq var, nə də kran. Heç kim onu ​​dağıntıların altından çıxara bilmir, kömək edin” deyib.

Exit mobile version