AUT.AZ

Dəmiral Ronaldo ilə danışdı – O formanı hərraca çıxarır

Türkiyə yığmasının və “Atalanta”nın futbolçusu Merih Dəmiral zəlzələdən zərər çəkənlərə kömək etmək üçün Kriştiano  Ronaldonun köynəyini satacaq.

Aut.az xəbər verir ki, bu barədə futbolçu özü sosial şəbəkədə yazıb:

“İndicə Kriştiano ilə danışdım. O, Türkiyədə baş verənlərdən çox üzüldüyünü bildirdi.  Kolleksiyamdan Ronaldonun imzası olan köynəyi hərraca çıxarırıq. Hərracdan əldə olunan bütün vəsait zəlzələdən zərər çəkənlərə bağışlanacaq”.

Xatırladaq ki, dünən Türkiyənin cənub-şərqində 7,8 bal gücündə zəlzələ olub, ardınca 40-dan çox afterşok baş verib. Nəticədə 5 mindən çox insan həlak olub, 20 mindən çox insan yaralanıb.

 

Exit mobile version