AUT.AZ

Bu liqalarda zəlzələ qurbanlarının xatirəsi yad ediləcək

Türkiyədə baş vermiş faciəvi zəlzələ qurbanlarının xatirəsi AFFA tərəfindən təşkil olunan bütün yaş qrupları üzrə liqaların və Region Liqasınının oyunlarında 1 dəqiqəlik sükutla yad ediləcək.

Aut.az xəbər verir ki, bu barədə milli assosiasiyanın mətbuat xidməti məlumat yayıb:

“Həyatını itirənlərə Allahdan rəhmət, yaralılara şəfa diləyirik!.

Xatırladaq ki, daha əvvəl Azərbaycan Premyer Liqasında XXI turun “Şamaxı” – “Turan Tovuz” və “Sabah” – “Səbail” matçlarında zəlzələ qurbanlarının xatirəsi yad olunub.

Exit mobile version