AUT.AZ

Türkiyə Super Liqası nə vaxt bərpa olunacaq?

Türkiyə Futbol Federasiyası zəlzələ səbəbilə təxirə salınan Super Liqa oyunlarının bərpa olunacağı vaxtı açıqlayıb.

Aut.az xəbər verir ki, qurum ölkə çempionatında görüşlərin fevralın 17-dən etibarən başlayacağı bildirilib. Həmin vaxt fevralın 10-da baş tutmalı olan 24-cü turun görüşləri keçiriləcək.

23-cü turdan təxirə salınmış “Fənərbağça” – “Konyaspor”, “Umraniyespor” – “Adana Demirspor” və “Giresunspor” – “Kayserispor” matçları isə 21-22-23 fevral tarixlərində keçiriləcək.

Digər liqalarla da bağlı qərar verilib. Həmin turnirlərdə də oyunların fevralın 17-dən bərpa ediləcək.

Exit mobile version