AUT.AZ

Volkan Dəmirəl ağlayaraq kömək istədi – VİDEO

Türkiyədə baş vermiş zəlzələ bütün Türkiyəni ayağa qaldırıb.

Aut.az xəbər verir ki, zəlzələ episentrindən uzaq bölgədə yaşayan insanlar hadisə baş verən ərazilərə yardım etməyə çalışırlar. Bəzi tanınmış şəxslər isə insanları məlumatlandırmağa və hadisə qurbanlarına kömək olmağa çalışırlar.

Onlar arasında “Hatayspor” klubunun baş məşqçisi Volkan Dəmirəl də var. Türkiyə futbolunun əfsanəvi qapıçısı “İnstaqram” hesabında açdığı canlı yayımda ağlayaraq insanlardan yardım istəyib.

İzləyiciləri onun bu çağırışına dəstək olublar.

 

Exit mobile version