AUT.AZ

Sabah İstanbula gəlir

“Roma”nın hücumameyilli yarımmüdafiəçisi Nikolo Zanolo tezliklə klubu tərk edəcək.
Aut.az xəbər verir ki, jurnalist Fabritsio Romanonun sosial şəbəkədə yazdığına görə, “Qalatasaray” italyanın transferi ilə bağlı romalılarla razılaşmağa yaxındır.
Məlumata görə, hər iki komandanın rəhbərliyi transferin yekun detalları ilə bağlı razılığa gəlib.

İki gün əvvəl “Qalatasaray”la futbolçu şəxsi şərtləri razılaşdırmışdı. Zanolonun müqaviləni imzalamaq üçün sabah İstanbula gələcəyi gözlənilir.

Exit mobile version