AUT.AZ

Səudiyyə Ərəbistanı Amerika Kubokunda

Futbol üzrə Səudiyyə Ərəbistanı millisi 2024-cü ildə Paraqvayda keçiriləcək Amerika Kubokunda iştirak təklifi alıb.

Aut.Az xəbər verir ki, bunu Səudiyyə Ərəbistanı Futbol Federasiyasının prezidenti Yasir Əl-Mişal deyib:

“Amerika Kubokunda oynamaq təklifi almışıq. Uyğun imkan yaransa, bu turnirə qatılacağıq”.

Xatırladaq ki, Amerika Kubokunda KONMEBOL-a üzv olmayan ölkələrin yığmalarının iştirakı ənənəvi haldır. Müxtəlif vaxtlarda ABŞ, Meksika, Qətər və başqa ölkələrin seçmələri sözügedən yarışda gücünü sınayıb.

Exit mobile version