İran millisinin sabiq baş məşqçisi Karluş Keyruş Qətər millisini çalışdıracaq.
Aut.az xəbər verir ki, bu barədə məlumatı Qətər yığmasının mətbuat xidməti yayıb. Açıqlamada deyilir:
“Karluş Keyruş Qətər yığmasının yeni baş məşqçisidir. Portuqaliyalı mütəxəssisə komandamızın başında uğurlar arzulayırıq”.
Qeyd edək ki, Keyruş dünya çempionatından sonra İran millisinin baş məşqçi postunu tərk edib.