AUT.AZ

Qətər yığmasını ona tapşırdılar

İran millisinin sabiq baş məşqçisi Karluş Keyruş Qətər millisini çalışdıracaq.

Aut.az xəbər verir ki, bu barədə məlumatı Qətər yığmasının mətbuat xidməti yayıb. Açıqlamada deyilir:

“Karluş Keyruş Qətər yığmasının yeni baş məşqçisidir.  Portuqaliyalı mütəxəssisə komandamızın başında uğurlar arzulayırıq”.

Qeyd edək ki, Keyruş dünya çempionatından sonra İran millisinin baş məşqçi postunu tərk edib.

 

Exit mobile version