AUT.AZ

İsko Türkiyəyə gəlir?

“Konyaspor” ispaniyalı yarımmüdafiəçi İsko ilə müqavilə imzalaya bilər.

Aut.az “Marca”ya istinadla xəbər verir ki, klub rəhbərliyi “Real”ən sabiq futbolçusu ilə əməkdaşlıq imkanlarını araşdırır. Həmçinin Qətər klubu da futbolçu ilə maraqlanır. Amma bildirilir ki, İskonun Qətərə getməsi ehtimalı azdır.

Yanvar ayında 30 yaşlı futbolçu “Union” ilə razılaşa bilmədi və “Sevilya”dan ayrıldıqdan sonra azad agent statusundadır.

İsko bu mövsüm La Liqada 12 oyuna çıxıb və 2 məhsuldar ötürmə edib.

Exit mobile version