AUT.AZ

Hələ də dağıntılar altındadır

 “Hatayspor”un legioneri, “Çelsi”nin sabiq futbolçusu Kristian Atsu hələ də dağıntılar altındadır.

Aut.az xəbər verir ki, bu barədə klubun vitse-prezidenti Mustafa Özat məlumat verib.

O, “Milliyet”ə verdiyi açıqlamada belə deyib: “Çox təəssüf ki, Kristian Atsu və idman direktorumuz Taner Savut dağıntılar altındadır”.

Xatırladaq ki, Kristian Atsu vaxtilə “Çelsi”, “Nyukasl”, “Everton” və bir sıra digər tanınmış klublarda çıxış edib.

Exit mobile version