AUT.AZ

FİDE Türkiyəyə yardım edəcək

Beynəlxalq Şahmat Federasiyası (FIDE) Türkiyə və Suriyada baş vermiş zəlzələdə zərər çəkənlərə yardım edəcək.

Aut.Az xəbər verir ki, bu barədə FİDE paylaşım edib.

Qeyd olunub ki, onların vəziyyəti və ilkin ehtiyacları haqqında daha dəqiq informasiya alındıqdan sonra prosesə start veriləcək.

Qeyd edək ki, Türkiyədə 7,4 bal gücündə zəlzələ olub. Episentri Kahramanmaraş olan təkanlar nəticəsində bir neçə ətraf rayonda güclü dağıntılar qeydə alınıb.

Exit mobile version