AUT.AZ

3 həftəlik sıradan çıxdı

“Barselona”nın futbolçusu Serxio Buskets “Sevilya”ya qarşı La Liqa matçının 8-ci dəqiqəsində zədələnib. 

Aut.Az xəbər verir ki, 34 yaşlı ispaniyalı yarımmüdafiəçinin 3 həftəlik sıradan çıxdığı bildirilir.

 

Məlumatı jurnalist Adrian Albets yayıb. Dəqiq diaqnoz üçün futbolçu tezliklə tibbi yoxlanışdan keçəcək.

Qeyd edək ki, “Barselona” – “Sevilya” matçı 3:0 hesabı ilə meydan sahiblərinin qələbəsi ilə başa çatıb.

Exit mobile version