AUT.AZ

Özünü də, qardaşını da qovdular

İtaliyanın “Benevento” komandasının baş məşqçisi Fabio Kannavaro istefaya göndərilib.

Aut.az xəbər verir ki, bu barədə B seriyası təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

Məşhur mütəxəssisin postundan uzaqlaşdırılmasına komandanın uğursuz çıxışı səbəb olub. 49 yaşlı baş məşqçi ilə yanaşı, köməkçi məşqçi vəzifəsində çalışan kiçik qardaşı Paolo Kannavaro da istefaya göndərilib.

“Benevento” bu mövsüm keçirdiyi 23 oyunda cəmi 23 xal toplayıb və 20 iştirakçı arasında 19-cu pillədə qərarlaşıb.

Kannavaro 2022-ci ilin sentyabrında B seriyası klubuna təyin olunmuşdu. Komanda onun rəhbərliyi altında keçirdiyi 17 oyunda cəmi 3 qələbə qazanıb, 7 heç-heçə edib və bir o qədər də məğlubiyyətə üzülüb.

Exit mobile version