AUT.AZ

Onların doğum günüdür – Ronaldo 38, Neymar isə…

Dünya futbolunun ulduzları – Kriştiano Ronaldo və Neymar bu gün doğum günlərini qeyd edirlər.

Aut.az xəbər verir ki, “Əl-Nasr”ın hücumçusunun 38, PSJ-nin forvardının 31 yaşı tamam olur.

Ronaldo karyerası ərzində 5 dəfə “Qızıl top” alıb. O, “Mançester Yunayted”, “Yuventus”, “Real” və “Sportinq”də oynayıb və 30 titul qazanıb. Portuqaliya millisinin tərkibində Avro-2016 və Millətlər Liqasının qalibi olub.

Neymar karyerası ərzində PSJ, “Barselona” və “Santos”da çıxış edib. Onun 26 klub titulu var. 2022-ci ildə o, Braziliya millisinin heyətində Pelenin qol rekordunu təkrarlayıb – 77. Milli komanda ilə Olimpiya Oyunlarının və Konfederasiyalar Kubokunun qalibi olub.

Exit mobile version