AUT.AZ

O, öz mövqeyində ən yaxşıdır, mən də…

Əfsanəvi braziliyalı futbolçu Romario özünü Lionel Messi ilə müqayisə edib.

Aut.az xəbər verir ki, Romario ESPN-ə müsahibəsində özünün və Leonun üstün keyfiyyətini belə xarakterizə edib:

“Biz fərqli oyunçularıq. Şübhəsiz, öz mövqeyində hamıdan yaxşıdır. Amma mən də öz mövqeyimdə hamıdan yaxşı olmuşam”.

Romario 1993-1994-cü illərdə “Barselona”da sırf hücumçu mövqeyində çıxış edib. Qeyd edək ki, Messi Barselonada Pep Qvardiolanın rəhbərliyi altında tez-tez hücumun mərkəzinə yaxın oynayırdı.

Exit mobile version