AUT.AZ

Dəhşətli isti azarkeşləri taqətdən saldı – Yanğınsöndürən olmasaydı…

Braziliya çempionatında “İpatinqa” – “Atletiko Mineyro” matçında xoşagəlməz hadisələr baş verib.

Aut.az xəbər verir ki, havanın həddindən artıq isti olması səbəbindən tribunada olan azarkeşlərin halı pisləşib. Bu barədə “Globo” məlumat yayıb.

Mənbənin sözlərinə görə, birinci hissədə həkimlər 56 yaşlı kişini xilas etməli olublar. Onlar fanatı xəstəxanaya aparmaq istəsələr də, o, bundan imtina edib.

Fasilə zamanı yanğınsöndürən, 21 yaşlı azarkeşi istidən və astma tutmasından əziyyət çəkdiyi üçün  tribunadan çıxarıb. Ona oksigen maskası taxılaraq xəstəxanaya aparılıb. Daha bir 20 yaşlı azarkeş isə stadionda həkimlər tərəfindən müayinə olunduqdan sonra evə buraxılıb.

Sosial şəbəkələrdə azarkeşlər İpatinqadakı stadionda sərinləşdirici içki almaqda problem olmasından şikayətləniblər.

Exit mobile version