AUT.AZ

Bacısı onu belə təbrik etdi

Kriştiano Ronaldonun bacısı onu 38-ci ad günü münasibətilə təbrik edib.

Aut.az xəbər verir ki, Elma Aveyro sosial şəbəkədə belə yazıb:

“Bu gün kralın doğum günüdür. Sizi nə qədər çox sevdiyimi, pərəstiş, hörmət və təşəkkür etdiyimi sözlərlə ifadə edə bilmirəm.

Sən bu dünyada tanıdığım ən yaxşı insansan. Mən bunu təkcə ona görə demirəm ki, biz eyni qandanıq, indiki zamanda sənin kimi bir insanla qarşılaşmaq çox çətindir.

Qoy daha çox, daha çox illər ərzində yaşının üzərinə yaş gəlsin, çünki bu planetdə həyat sənsiz öz parlaqlığını itirir…

Xoşbəxt ol əziz qardaşım. Mən səni çox sevirəm”.

Exit mobile version