AUT.AZ

200 qol – Hamıdan tez o bacarıb

Harri Keyn Premyer Liqada 200-cü qolunu vurub.

Aut.az xəbər verir ki, Keyn bu gün keçirilən “Mançester Siti” ilə oyunda fərqlənib. O, bu göstəriciyə ən tez çatan futbolçu olub.

İndiyə qədər Premyer Liqada 200 qol həddini  Alan Şirer (260 qol) və Ueyn Runi  (208 qol) keçib.

Amma Harri bunu 304 matçda reallaşdırıb. Şirer Premyer Liqada 200-cü qolu 306-cı, Runi 462-ci matçda vurub.

Exit mobile version