AUT.AZ

“Turan Tovuz”a sponsor tapıldı – 1 milyon ayırır

Uzun müddətdir sahibsiz qalan “Turan Tovuz” tezliklə yeni sponsoruna qovuşacaq.

Aut.az-ın əldə etdiyi məlumata görə, uzun illər AFFA-nın, bu mövsüm isə dövlətin klublara ayırdığı büdcə hesabına maliyyələşən qərb təmsilçisi yeni dəstəkçi tapıb. Söhbət tovuzlu iş adamı İlham Rəhimovdan gedir.

Mənbəmiz bildirir ki, əsasən Rusiyadakı biznesi ilə tanınan Rəhimov, nəhayət doğma rayonunun komandasına maliyyə ayırmağa razılıq verib. Onun Azərbaycanda fəaliyyət göstərən şirkətlərindən biri klubun əsas sponsoru olacaq. Rəhimovun  kluba 1 milyon manat ayıracağı gözlənilir ki, bu, Tovuz təmsilçisi üçün indiki məqamda böyük rəqəmdir.

“Turan” ötən gün sosial şəbəkə hesablarında bu mövzuda video yayımlayıb. Paylaşımdan aydın görünür ki, klub yeni sponsorunu təqdim etməyə hazırlaşır.

Məsələ budur ki, İlham Rəhimovun adı əvvəllər də “Turan”la yanaşı hallanıb. 2015 və 2017-ci illərdə onun Tovuz təmsilçisinə maliyyə ayıracağı ilə bağlı xəbərlər yayılsa da, bunlar reallaşmayıb.

Exit mobile version