AUT.AZ

Qurban Qurbanova Gəncədə gül dəstəsini kim verdi? – FOTOLAR

Azərbaycan Premyer Liqasının 21-ci turu çərçivəsində keçirilən “Kəpəz” – “Qarabağ” matçından öncə maraqlı anlar yaşanıb.

Aut.az xəbər verir ki, hadisələrin mərkəzində Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov olub. İkinci Qarabağ müharibəsi zamanı düşmənin Gəncəyə atdığı raket nəticəsində zərərçəkən uşaqlar – Məryəm və Aylin Həsənova oyundan əvvəl Qurbanova təşəkkür etmək istəyiblər.

Buna səbəb 50 yaşlı mütəxəssisin hadisə nəticəsində xəsarət alan bacılara o vaxt hədiyyə göndərməsidir. Qurbanovun Gəncəyə səfərini fürsət bilən Həsənovlar ailəsi ona təşəkkür etmək qərarına gəliblər.

Buna görə matçdan əvvəl kiçik tədbir keçirilib. Ailə üzvləri Qurban Qurbanova gül dəstəsi təqdim edib, xatirə fotosu çəkdiriblər. Qeyd edək ki, Məryən və Aylinin ataları – Rauf Həsənov Vətən müharibəsi iştirakçısıdır. Hadisə baş verən zaman o, torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə olub.

Exit mobile version