AUT.AZ

Qurban Qurbanov gileyləndi, etiraf etdi ki….

Azərbaycan Premyer Liqasının 21-ci turunda “Qarabağ” “Kəpəz”lə 1:1 hesablı heç-heçə edib.

Aut.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov xal itkisini şərh edib:

-Bizim üçün asan oyun olmadı. Burada matçlarımız həmişə gərgin mübarizə şəraitində keçir. Hər halda xallarımızın üzərinə biri də gəldi. Təəssüf ki, hələ oyunumuzu yaxşılaşdıra bilmirik. Qış fasiləsindən sonra ilk matçımızı saat 14:00-da, sonra 16:00-da, bu gün isə yenidən 14:00-da keçirdik. Belə şəraitdə oyunu inkişaf etdirmək çətindir.

– Ağır qrafikə girirsiniz. “Sabah” və “Gent”lə matçlarınız var. Komandanı necə hazırlayacaqsınız?

– İlk dəfə deyil. Komandada onsuz da çatışmazlıqlar var. Belə olan halda ağır qrafika girmək asan deyil. Başqa çıxış yolumuz yoxdur. Əlimizdə olan futbolçuların bərpasını tezləşdirməyə çalışacağıq. Oyundan-oyuna komandanı motivasiya etməyə çalışırıq.

– Gəncəyə uzun fasilədən sonra gəldiniz. Təəssüratlarınız necədir?

– Gəncə futbolu Azərbaycanda fərqlənir. Həmişə buradan yaxşı futbolçular çıxır. Əvvəlki matçlarımızda 17 min azarkeşin olduğunu görmüşdük. Bu şəhərə futbolla yaraşır. Futbolçu olduğum vaxtlarda da burada oynamaq asan olmayıb. Saat 2-də, belə qazonda yaxşı futbol göstərmək asan deyil.

 

Exit mobile version