AUT.AZ

Onları Parisə buraxmayın – Kliçkodan çağırış

Kiyevin meri, boks üzrə keçmiş dünya çempionu Vitali Kliçko Rusiya və Belarus idmançılarının 2024-cü ildə Parisdə keçiriləcək Olimpiadada iştirakının qarşısını almağa çağırıb.

Aut.az xəbər verir ki, Kliçko bildirib ki, onu müraciətini Ukraynanın bütün idmançıları, ölkə prezidenti Volodimir Zelenski və Ukrayna Olimpiya Komitəsi dəstəkləyir.

Kliçko BOK-a və şəxsən onun rəhbəri Tomas Baxa müraciət edərək, Rusiya və Belarus idmançılarını “onların dövlət rəhbərləri tərəfindən belə siyasət davam etdiriləcəyi təqdirdə” Parisdəki oyunlara buraxmamağa səsləyib.

Bundan əvvəl BOK prezidenti Tomas Bax Rusiya və Belarus idmançılarının 2024-cü ildə keçiriləcək Olimpiya Oyunlarında neytral statusda yarışa biləcəklərini bildirmişdi. İdman rəsmisi onların Oyunlardan kənarlaşdırılmasının Olimpiya Xartiyasının dəyərlərinə və missiyasına uyğun olmadığını etiraf edib. Daha sonra BOK Rusiya və Belarus idmançılarının 2024-cü il Olimpiadasında iştirakı ilə bağlı qərarın hələ verilmədiyini açıqlayıb.

 

Exit mobile version