AUT.AZ

Noyerin üsyanı: Məni ayağımdan vurub yıxdılar, ürəyim parçalandı

“Bavariya”nın kapitanı Manuel Noyer Münhen klubunun komandanın qapıçılar üzrə məşqçisi Toni Tapaloviçlə əməkdaşlığa son qoymaq qərarını sərt şəkildə tənqid edib.

Aut.az “The Athletic”-ə istinadla xəbər verir ki, Noyer bu qərarın ona böyük zərbə vurduğunu bildirib:

“Bu qərar məni heyrətləndirdi. Mənə qarşı ağır zərbə idi. Bu barədə mənə klub rəhbərliyi məlumat verib. Belə qərarın nəyə görə verildiyini anlamıram. Sanki məni ayağımdan vurub yıxdılar.

Özü də yerdə uzandığım vaxt. Elə hiss etdim ki, ürəyim parçalandı. Bu, karyeramda başıma gələn ən qəddar hadisədir. Karyeram ərzində çox şeylər yaşadım, buna görə mənə gönüqalın deyə bilərsiniz.

Amma indi baş verənlər tamam başqa səviyyədir. Qapıçılar qrupunda olan hər kəs param-parça oldu, onlar hıçqırırdılar. Məncə, bu, hər şeyi deyir. Biz qapıçılar komanda daxilində bir komanda idik, hamı Tonini sevirdi”.

 

Exit mobile version