AUT.AZ

Müsahibəsi qalmaqal yaratdı – Bədəlini ödəyəcək

“Bavariya”nın kapitanı Manuel Noyerin müsahibəsi qalmaqala səbəb olub.

Aut.az xəbər verir ki, Noyer Münhen klubunun rəhbərliyinin komandanın qapıçılar üzrə məşqçisi Toni Tapaloviçi istefaya göndərmək qərarını sərt tənqid etmişdi.

“Bild” nəşri bildirir ki, müsahibə rəhbərliklə razılaşdırılmayıb.

Mənbənin sözlərinə görə, Noyer verdiyi müsahibə ilə “Bavariya” rəhbərliyini təəccübləndirib. Qapıçı bunun bədəlini ödəməli olacaq. Məlumata görə, kapitanı ən azı cərimə gözləyir.

Exit mobile version