AUT.AZ

Musa Qurbanlı Avropanın ən yaxşıları arasında

Cari mövsüm Avropa liqalarında 21 yaşadək oyunçular arasında ən çox qol vuran futbolçuların adları bəlli olub.

Aut.az xəbər verir ki, siyahıda “Qarabağ”ın forvardı Musa Qurbanlı da yer alıb. Bu barədə, “Euro Foot” nəşri araşdırma aparıb.

20 yaşlı forvard 14 qolla Fransanın “Reyms” komandasının üzvü Folorin Baloqanla birlikdə 1-2-ci yerləri bölüşdürür.

İlk “üçlüy”ü “Benfika”nın və Portuqaliya millisinin hücumçusu Qonsalo Ramos qapayır. Onun aktivində 12 qol var.

Exit mobile version