AUT.AZ

Baxırsan ki, insandırlar – Amma pomidor bankalarına…

İspaniyanın “Sevilya” klubunun baş məşqçisi Xorxe Sampaoli müasir futbolda transfer bazarı haqda danışıb

Aut.az xəbər verir ki, Sampaoli AS nəşrinə açıqlamasında sərt fikirlər deyib. O, müasir futbolda oyunçuların heç bir hüququnun olmadığını bildirib:

“Oyunçulara baxanda, onların insan olduğunu görürsən. Amma əslində onlar bazar üçün sadəcə əmtəədir. Onlar pomidor bankalarına bənzəyirlər. Bəzən onları çoxlu pula alırlar, altı aydan sonra isə pulsuz icarəyə verirlər”.

 

Exit mobile version