AUT.AZ

Təcavüz etdiyini etiraf etdi, cəzadan azad oldu

2 ildir cinsi təcavüzə görə istintaqa cəlb edilən avstraliyalı tennisçi Nik Kirqiosla bağlı ittiham ləğv edilib.

Aut.az xəbər verir ki, qərar Kanderra Sülh Məhkəməsinin bu gün baş tutan iclasında verilib. Bu, Kirqiosun 2021-ci ildə keçmiş sevgilisinə təcavüz etdiyini etiraf etməsindən sonra reallaşıb.

Hakim onun etirafını qəbul edib və işə xitam verib. O bildirib ki, məhkəmə prosesinin açıq olması, hadisədən ötən müddət və fərdi iş olması cəzanı lüzumsuz edib.

Qeyd edək ki, Nik Kirqios dünyanın ən yaxşı tennisçilərinin sıralamasında 20-ci yerdədir. 27 yaşlı raketka ustası Avstraliyanın bir nömrəsi hesab edilir. O, ATP seriyalı fərdi yarışlarda 7 titul qazanıb.

Exit mobile version