AUT.AZ

Rövşən Nəcəf onları topladı – Kamran Quliyev yola salınır?

Yaxın günlərdə “Neftçi”də ciddi dəyişikliklər ola bilər.

Aut.az-ın əldə etdiyi məlumata görə, “ağ-qaralar”ın uğursuz çıxışı və klub ətrafındakı söz-söhbətlər əsas sponsor SOCAR-ın səbir kasasını daşırıb. Şirkətin prezidenti, eyni zamanda, “Neftçi”nin Müşahidə Şurasının sədri olan Rövşən Nəcəf paytaxt təmsilçisində ciddi islahatlar aparmaq qərarına gəlib.

İctimaiyyətin və azarkeşlərin narazılığını diqqətlə izləyən sədr klub prezidenti Kamran Quliyev və komandasından hesabat tələb edib. Bununla bağlı bu gün klub rəsmilərinin və Müşahidə Şurası üzvlərinin iştirakı ilə qeyri-rəsmi görüş keçirilib.

Artıq Rövşən Nəcəf Quliyevə əvəzləyici axtarışına çıxıb. Ona müəyyən qruplar tərəfindən adlar təklif edilsə də, səhv qərar vermək istəmir. Ancaq onun qərar vermək üçün vaxtı da çox azdır.

Rövşən Nəcəf kluba daha yaxın, bəzi anlarda isə qərar verən şəxs olmağı planlaşdırır. Sədr artıq klubun uğursuzluğundan bezib.

Aut.az

Exit mobile version