AUT.AZ

“Qarabağ” indi də bu qapıçını hədəf aldı

Qapıçı Şahruddin Məhhəmmədəliyevin uzun müddətə sıradan çıxmasından sonra “Qarabağ” onun mövqeyinə axtarışları davam etdirir.

Aut.az xəbər verir ki, Ağdam təmsilçisi bu dəfə Sloveniya təmsilçisi “Maribor”da çıxış edən qolkiper Ajbe Yuqla maraqlanır. Bu barədə “Nogomania” məlumat yayıb.

Ancaq “köhlən atlar”ın işi heç də asan olmayacaq. Çünki ABŞ-ın MLS liqasında çıxış edən bəzi klublar da 31 yaşlı əlcək sahibini heyətinə qatmaq istəyir. “Maribor” təklifləri dəyərləndirir.

Qeyd edək ki, Ajbe Yuq 2020-ci ildən “Maribor”da çıxış edir. “İnterblok”un yetirməsi olan sloveniyalı qapıçı Niderlandın “Fortuna Sittard”, Portuqaliyanın “Sportinq”, Fransanın “Bordo” klublarının da formasını geyinib.

Exit mobile version