AUT.AZ

“Qarabağ” “Gent”ə qarşı bu futbolçularla oynayacaq

“Qarabağ” Konfrans Liqasının pley-off mərhələsinin oyunları üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.

Aut.az xəbər verir ki, bu mərhələdə Belçikanın “Gent” klubu ilə qarşılaşacaq Ağdam təmsilçisinin heyətində dəyişikliklər var. Zədəli olan qolkiper Şahruddin Məhəmmədəliyev və müdafiəçi Abbas Hüseynovun adı siyahıya salınmayıb. Şahruddinin əvəzinə gənc qapıçı Ayhan Arazlı sifariş olunub.

Yeni transferlərin hər üçünün – Redon Cica, Adama Diakabi, Yassin Benzianın adı UEFA-ya göndərilib.

Qeyd edək ki, “Qarabağ”la “Gent” arasında ilk oyun fevralın 16-da Bakıda, cavab görüşü isə 1 həftə sonra Belçikada keçiriləcək.

Qapıçılar: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov; 94. Ayhan Arazlı

Müdafiəçilər: 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 13. Bəhlul Mustafazadə, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov, 81. Kevin Medina;

Yarımmüdafiəçilər: 2. Qara Qarayev, 6. Julio Romao, 7. Yassin Benzia, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 15. Leandro Andrade, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 20. Riçard Almeyda, 87. Adama Diakabi;

Hücumçular: 9. Musa Qurbanlı, 77. Ramil Şeydayev, 99. Redon Cica.

Exit mobile version