AUT.AZ

Messi PSJ rəhbərliyi ilə görüşü təxirə saldı – Tələb edir ki…

PSJ-nin futbolçusu Lionel Messi gözlənilməz qərar verib.

Aut.az xəbər verir ki, o, yeni müqavilə ilə bağlı danışıqlar aparmaq üçün əvvəlcədən planlaşdırılan görüşü təxirə salıb. Bu barədə “TyC Sports” məlumat yayıb.

Bildirilir ki, Messi hələ DÇ-2022-dən öncə PSJ rəhbərliyi ilə 1 illik yeni müqavilə ilə bağlı şifahi razılığa gəlib və tərəflər mundialdan sonra danışıqlar masası arxasına əyləşməyi planlaşdırıblar. Dünya çempionu olan Messi sonradan fikrini dəyişib. O, qısamüddətli sözləşmə variantını uyğun hesab etməyib.

Bununla belə, Messi Fransa çempionundan ayrılmaq fikrində deyil. O, PSJ-dən uzunmüddətli, yaxşı şərtlərlə müqavilə təklifi gözləyir. Argentinalı forvard digər klublarla, ümumiyyətlə danışıqlar aparmır.

Qeyd edək ki, Messinin PSJ ilə hazırkı müqaviləsi mövsümün sonunda başa çatacaq.

Exit mobile version