AUT.AZ

Kasilyasla Raulun uğurunu təkrarladı

“Real”ın vingeri Vinisius Junior klubun tarixinə düşüb.

Aut.az xəbər verir ki, braziliyalı futbolçu La Liqanın 19-cu turu çərçivəsində keçirilən “Valensiya” ilə görüşdə meydana çıxmaqla buna nail olub. 23 yaşlı “sambaçı” Madrid klubunun formasıyla 200-cü oyununa çıxıb.

Bununla da o, “qalaktikos” tarixində 200 oyuna çatan 3-cü ən gənc oyunçuya çevrilib. Daha əvvəl buna 2 futbolçu nail olub. Söhbət “Real”ın əfsanələri – Raul Qonzales və İker Kasilyasdan gedir.

Qeyd edək ki, Vinisuis keçirdiyi oyunlarda 49 qol və eyni sayda məhsuldar ötürmə edib.

Exit mobile version