AUT.AZ

“Çelsi” UEFA-nın “radar”ında

Geridə qoyduğumuz qış transfer pəncərəsinin ən aktiv klublarından biri olan “Çelsi” UEFA-nın radarına düşüb.

Aut.az xəbər verir ki, buna səbəb London klubunun 8 yeni futbolçunun alınması üçün 323 milyon funt-sterlinq xərcləməsidir. “Zadəganlar” yeni oyunçulara La Liqa, A Seriya, Liqa 1 və Bundesliqadakı bütün klublardan daha çox pul xərcləyib.

“The Times” nəşrinin yazdığına görə, “Çelsi” bu mövsümün sonunda Çempionlar Liqasına düşə bilməsə, artıq maliyyə Feyr Pley qaydalarını pozmaq riski altındadır. “Mavilər”lə bağlı vəziyyəti narahat edən məqam odur ki, onlar, Avropada bu mövsüm xərcləri diqqətlə izləniləcək 19 klubdan biridir. Səbəb UEFA-nın fövqəladə hallara görə komandaları cəzalandırmadığı mövsümlərdə London təmsilçisinin və digər klubların maliyyə problemləridir.

Qeyd edək ki, “Çelsi” qış transfer pəncərəsində David Fofana (10 milyon funt sterlinq), Benua Badyaşil (35 milyon funt sterlinq), Andrey Santos (18 milyon funt sterlinq), Juau Feliks (9,7 milyon funt sterlinq – icarə), Mixail Mudrik (88,5 milyon funt sterlinq), Noni Madueke (29 milyon funt sterlinq), Malo Qüsto (26,3 milyon funt sterlinq) və Enso Fernandesi (106,8 milyon funt sterlinq). heyətinə qatıb.

Exit mobile version