AUT.AZ

Bir milyard avro qiyməti olan ayaqlar

Kriştiano Ronaldonun sabiq komanda yoldaşı Ueston Makkeni onunla bağlı xatirəni bölüşüb.

Aut.az xəbər verir ki, ABŞ yığmasının üzvü “Yuventus”da bir yerdə çıxış edərkən aralarında maraqlı dialoqun yaşandığını söyləyib. O deyib:

“Onu massaj edirdilər, mən isə həmin vaxt ordan keçirdim. Baxıb dedim ki, “Aman Allah, sənin ayaqların nə eybəcər görünür”. Ronaldo mənə cavab verdi ki, “dostum, bu ayaqların bir milyard avro qiyməti var”.

Qeyd edək ki, Ronaldo ilə Makkeni bir mövsüm “Yuventus”da komanda yoldaşı olublar. Portuqaliyalı superulduz hazırda Səudiyyə Ərəbistanın “Əl Nəsr” klubunda forma geyinir. Amerikalı yarımmüdafiəçi isə bir neçə gün öncə “Yuve”dən “Lids”ə keçib.

Exit mobile version